10
Oktyabr

10 Oktyabr

Xarici media

Siyasi ekspert, beynəlxalq münasibətlər və geosiyasi təhlil sahəsində ölkənin tanınmış araşdırmalar institutlarından sayılan “Ediciones Páralo” beyin mərkəzinin analitiki Koldo Salasar Lopesin İspaniyanın “El Liberal” portalında Ermənistanın ölkəmizə qarşı növbəti təxribatını kəskin şəkildə qınayan məqaləsi dərc olunub.

Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açır, Ermənistan tərəfindən iddia olunan xalqların öz müqəddəratını təyinetmə prinsipinin Dağlıq Qarabağda tətbiqinin qeyri-mümkünlüyünü diqqətə çatdırır. Qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə hörmət, eyni zamanda, “uti possidetis juris” (müstəmləkələrin və ya federasiyanın subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişdirilə bilməz. Azərbaycanın SSRİ dövründə malik olduğu ərazi bütövlüyünə istənilən iddia və ya qəsd sözügedən prinsipə tamamilə ziddir) prinsipləri əsas götürülür.

Beynəlxalq hüquq qarşısında aciz qalan Ermənistan tərəfinin güc tətbiq etməklə Azərbaycan ərazilərini işğal etdiyini və işğal altındakı ərazilərdə separatçı rejim yaratdığını bildirən müəllif BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədə (822, 853, 874, 884) işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu vurğulayır.

Yazıda, həmçinin diqqətə çatdırılır ki, işğalçılıq siyasətinin və yarıtmaz idarəçiliyinin nəticəsində Ermənistan regionda həyata keçirilən bütün irimiqyaslı layihələrdən kənarda qalıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.