10
Noyabr

Telefon danışıqları

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. 

Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.

Dövlətimizin başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edib, xəsarət almış pilotun tezliklə sağalmasını arzu edib.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq.

Prezident Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, belə insidentlərin yolverilməz olduğunu qeyd edib.

Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.