08
Oktyabr

8 Oktyabr

Media

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Euronews”, CNN Türk” telekanalına verdiyi müsahibələrdəki fikirləri Gürcüstan mətbuatında geniş işıqlandırılıb.

Gürcüstanın nüfuzlu report.ge, sputnik-georgia.ru, pia.ge, interpressnews.ge və digər informasiya portallarında və 1tv.ge, televiziya kanalında yayımlanan materiallarda Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və həlli yolları ilə bağlı fikirləri yer alıb.

Materiallarda Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə bağlı tələbi, müharibənin Azərbaycan ərazisində getməsi və Ordumuzun əks-hücum əməliyyatlarının məqsədi, Ermənistan Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupu çərçivəsində görüşdən imtina etməsi, eləcə də Azərbaycan hökumətinin Ermənistanın törətdiyi hərbi cinayətlərin sübuta yetirilməsi ilə bağlı dəlillərə malik olması barədə sitatlar gətirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.