Yerli media
Savaş KARİKATURALARI (AzVision)
Müharibə ciddi işdir. Amma gülüş də kifayət qədər ciddi silahdır. Ona görə, informasiya savaşında karikaturalardan da istifadə etmək vacibdir.
Torpaqlarımızı azad etmək uğrunda Vətən Müharibəsi başlayandan bu yana ölkənin yeganə karikatura saytı olan kirpi.info ancaq bu istiqamətdə çalışır. Karikaturalarda erməni tərəfin yalanları, miskinliyi ifşa olunur.
Saytın karikaturaçları Fərid Hüseynov, Şəhriyar Sarıca və Nuray Allahverdiyevanın çəkdikləri karikaturalardan bir qismini sizlərə də təqdim edirik.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.