29
Sentyabr

29 Sentyabr

Müdafiə Nazirliyi

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

Tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.