29
Oktyabr

29 Oktyabr

Yerli media

Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq (Trend)

Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir.

Bunu əlcəzairli politoloq Abdulla əl-Rəfii deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi bunu açıq-aşkar bəyan etməsə də, Yerevanın bütün əməlləri ölkədə İslam dünyasına qarşı düşmən münasibətin olduğunu göstərir:

“Ermənistanın İslama və müsəlman dünyasına düşmən münasibətini biz Azərbaycanın işğal olunmuş ərazilərində müşahidə edirik. Demək olar ki, bütün işğal olunmuş ərazilərdə İslam mədəni irsi, məscidlər, türbələr, eləcə də qədim mədəniyyət abidələri məhv edilib”.

Politoloq əlavə edib ki, Ermənistan Fransa prezidenti Emmanuel Makronun islamofob açıqlamalarını dəstəkləməklə İslama düşmən münasibətini təsdiqləyib.

Onun sözlərinə görə, Ermənistan İslam həmrəyliyini Yerevan üçün təhdid kimi görür və özünü regionda səlib yürüşləri üçün meydan hesab edir:

“Bu gün Türkiyə prezidenti bütün müsəlmanların müdafiəçisi kimi çıxış edir və bu, əlbəttə ki, Ermənistan rəhbərliyini qıcıqlandırır. Türkiyənin Azərbaycana siyasi dəstəyi başadüşüləndir, çünki onlar bir millətdir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.