Yerli media
Tacikistan səfiri: Dinc insanların atəşə tutulması qəbulolunmazdır (Azərtac)
Bu cür dəhşətli hadisələrin diplomatlara və beynəlxalq mətbuata çatdırılması baxımından Bərdəyə səfərimiz böyük əhəmiyyət daşıyır. Beynəlxalq humanitar hüquqa uyğun olaraq şəhərlərin, dinc insanların atəşə tutulması qəbulolunmazdır.
Bu sözlər Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli deyib.
“Təəssüflər olsun ki, insanlar öldürülür. Həlak olanların yaxınlarına başsağlığı verir və yaralananlara şəfa diləyirəm”, - deyə səfir bildirib.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələri və xarici diplomatlar oktyabrın 29-da Bərdə və Tərtərə səfər edib, erməni faşizminin izləri ilə tanış olublar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.