14
Oktyabr

14 Oktyabr

Ombudsman

Ombudsman UNICEF-in regional direktoruna çağırış edib

Ombudsman Səbinə Əliyeva BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xana müraciət ünvanlayıb.

Müraciətdə 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam etdiyi, nəticədə mülki əhali arasında, o cümlədən, uşaqlar arasında çoxsaylı ölüm və yaralanma halları baş verdiyi, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəydiyi bildirilib.

Təəssüf hissi ilə bildirilib ki, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması nəticəsində cəbhə bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx yaşadığı ərazilərə atılan mərmilər nəticəsində 3 uşaq həlak olub, 23 uşaq isə yaralanıb, 3 uşaq isə hər iki valideynini itirib.

Müraciətdə Müvəkkilin Naftalan, Tərtər və Gəncə şəhərlərinə müxtəlif vaxtlarda həyata keçirdiyi faktaraşdırıcı missiyasının nəticələri barədə geniş məlumat verilərək, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və törətdiyi müharibə cinayətləri nəticəsində yaşayış binalarının, uşaq bağçalarının, xəstəxanaların və digər mülki obyektlərin dağıdıldığı, nəticədə mülki əhali arasından, o cümlədən uşaqlar arasından çoxsaylı ölüm və yaralanma hallarının baş verdiyi bildirilib.

Müraciətdə mülki əhalinin, xüsusilə uşaqların Ermənistan silahlı qüvvələri tərəfindən hədəf seçilməsindən narahatlıq ifadə olunmaqla, Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin, Cenevrə Konvensiyalarının, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın müddəalarını kobud şəkildə pozduğu bildirilməklə BMT səviyyəsində münasibət bildirilməsi tələb olunub.

Ombudsman Səbinə Əliyeva UNICEF-lə səmərəli əməkdaşlığına diqqəti yönəldərək, UNICEF-in regional direktorunu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əziyyət çəkən uşaqların ən ümdə maraqlarının və pozulmuş fundamental hüquqlarının təmini məqsədilə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinə faktaraşdırıcı missiya təşkil etməyə dəvət edib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.