10
Noyabr

Yerli media

Cəbhədən son xəbərlər: İşğalçılar Qarabağdan çıxır (Report)

“Xəbər Saatı”nın noyabrın 10-na olan buraxılışı:

-Türkiyə və Azərbaycan prezidentləri bir-birini parlaq qələbə münasibətilə təbrik etdi

- Azərbaycan Qarabağ zəfərini təntənəli şəkildə qeyd edir

- Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanıldı

- Atəşkəsə necə nəzarət olunacaq? - Mövlud Çavuşoğlunun açıqlaması

- Vətən müharibəsinin səmadakı parlaq ulduzları!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.