10
Noyabr

Yerli media

Rusiyalı politoloq: "Qarabağa dair razılaşma bütün region üçün müsbət perspektivlər vəd edir" (Report)

"Qarabağa dair əldə olunan razılaşma bütün region üçün ilk növbədə iqtisadi cəhətdən müsbət perspektivlər açır".

Bunu rusiyalı politoloq Sergey Markov bildirib.

“Nəqliyyat yolları açılacaqsa, deməli Naxçıvanla Azərbaycan arasında birbaşa gediş-gəliş yoluna qoyularsa, bu bölgəni inkişaf etdirmək daha asan olacaq. Elə Dağlıq Qarabağ da inkişaf üçün daha geniş imkanlar qazanacaq”, - deyən ekspertin fikrincə, Ermənistanın təslim olması Şuşa azad edildikdən sonra baş verdi.

Əldə edilən razılaşmaların Ermənistan tərəfindən yerinə yetirilib-yetirilməyəcəyinə dair ekspert qeyd edib: “Çox güman ki, Ermənistan rəhbərliyi bu razılaşmanı yerinə yetirər. Lakin Paşinyan devrilsə, onlar razılaşmanı pozmağa cəhd edə bilərlər, amma bu, baş tutmaz. Çünki Azərbaycan hücuma keçəcək və belə olan halda Ermənistan ordusunu fəlakət gözləyir”.

Sazişin şərtlərinə görə Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlılarından danışan politoloqun qənaətincə, onlar “erməni əhalisi üçün təhlükəsizliyin zəmanətidir”. Ermənilərin qorxularını əsassız hesab edən rusiyalı politoloq bildirib: “Məncə, Qarabağ erməniləri Azərbaycanda əvvəlkindən daha firavan yaşayacaqlar. Məvacib və təqaüdlər daha yüksək, iş yerləri daha çox olacaq. Qarabağ ermənilərinin qorxuları daha çox təbliğata uymalarının nəticəsidir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.