Yerli media
Cəbhədən son xəbərlər: Qəhrəman hərbçilərimizlə fəxr edirik (Report)
"Günün Reportu"un okyabrın 29-na olan buraxılışını təqdim edirik.
* Ermənistanın 2 hərbi təyyarəsi məhv edildi
* BMT Bərdənin atəşə tutulmasını qınadı
* Bərdənin qisası döyüş meydanında alınır
* Azərbaycan ordusu Ermənistanın yüksək rütbəli hərbçilərini məhv edib
* Düşmən hərbi texnikanı döyüş meydanında ataraq qaçır
* Qələbə sevincini yaşadan qəhrəman hərbçilərimizlə fəxr edirik
* İşgaldan azad olunan yeni ərazilərin görüntülərini təqdim edirik
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.