18
Oktyabr

18 Oktyabr

ANAMA

Xızı rayonu ərazisində partlamış raketin qalıqları aşkarlanıb

2020-ci il oktyabrın 18-də saat 13:00 radələrində Xızı rayonu ərazisində partlayış baş verməsi barədə yerli sakinlər tərəfindən Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Bu məlumatı aldıqdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat qrupu, nazirliyin və digər müvafiq orqanların əməkdaşları dərhal həmin əraziyə gediblər. Rayondakı Sitalçay ərazisinə baxış zamanı bir ədəd “S-300” raketinin partlamış qalıqları aşkarlanıb.

Əraziyə baxış zamanı raketin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulması müəyyən olunub. Həmin raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına malikdir. Hazırda ərazidə olan raketin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşdirilib. Partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda agentliyin əməliyyat qrupu tərəfindən raketin hissələrinin götürülməsi həyata keçirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.