18
Oktyabr

18 Oktyabr

ANAMA

Cəbhəboyu ərazilərdə 90-dan çox partlamamış hərbi sursat aşkarlanaraq götürülüb

Sentyabrın 27-dən etibarən cəbhəboyu ərazilərdə aparılan hərbi əməliyyatlarla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Agentlik cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirlərini davam etdirir. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir.

Yerli sakinlər tərəfindən mərmi və raketlərin ərazilərə düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə, Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə 600-dan çox çağırış daxil olub. Bu məlumatlardan sonra DİN və agentliyin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 92 ədəd partlamamış hərbi sursat, 200-dən çox partlamış mərmi və raket qalıqları aşkarlanaraq götürülüb.

Hazırda əməliyyat axtarış qruplarının bu istiqamətdə tədbirləri davam etdirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.