18
Oktyabr

18 Oktyabr

ANAMA

Cəbhəboyu ərazilərdə düşmən tərəfindən atılmış 11 ədəd “Elbrus” raketinin qalıqları aşkarlanıb

Sentyabrın 27-dən başlayaraq düşmən tərəfindən mülki əhaliyə qadağan olunmuş mərmilər atılıb. Belə ki, oktyabrın 3-dən 4-nə keçən gecə Yevlax, Goranboy və Ağcabədi rayonları ərazisində kaset bombaları və bombacıqları aşkarlanıb. İndiyədək 1142 ədəd belə bombacıq aşkarlanaraq götürülüb.

Eləcə də Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kiloqram ağ fosfor olan tüstülü mərmi aşkarlanaraq zərərsizləşdirilib. Bu günədək 11 ədəd “Elbrus” ballistik raketinin qalıqları aşkar olunaraq götürülüb.

ANAMA-nın Horadiz bazasındakı əməkdaşı oktyabrın 9-da səhər saatlarında top mərmisinin atılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda onun vəziyyəti yaxşıdır.

Yerli sakinlərin məlumatlandırılması məqsədilə ANAMA-nın mina maarifləndirmə qrupları düşmənin atdığı mərmilərin, bombacıqların və digər hərbi təyinatlı əşyaların fotoşəkillərini insanların sıx toplaşdığı ərazilərdə paylayır. İndiyədək üç minə yaxın yerli sakin bu barədə məlumatlandırılıb. Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.