02
Oktyabr

2 Oktyabr

ANAMA

Təmas xəttində partlamış mərmi qalıqları aşkar olunub

2020-ci il oktyabrın 2-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) müraciət daxil olub.

Daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Kürdlər, Minaxorlu, Ağabəyli, Bayat, Yuxarı Qiyaməddinli kəndləri, Hindarx qəsəbəsi və Sadıqov küçəsi, Beyləqan rayonu, Bərdə rayonunun Şahvəlilər kəndi, Cəbrayıl rayonu, Füzuli rayonunun Əhmədalılar kəndi və Horadiz qəsəbəsi, Goranboy rayonunun Xanqərvənd, Yenikənd və İrəvanlı kəndləri, Tərtər rayonunun Səhləbad, Borsunlu kəndləri, N.İsgəndərov və Cavanşir küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin agentliyin partlayış qrupu tərəfindən 4 ədəd raket yerində işarələnib və növbəti iş günü qazılması həyata keçiriləcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.