06
Noyabr

6 Noyabr

Müdafiə Nazirliyi

Ermənistanın Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, bu cür məlumatlar yaymaqla Ermənistanın Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.