30
Oktyabr

30 Oktyabr

Törədilən cinayətlər

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub.

Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb. Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.