03
Noyabr

3 Noyabr

Müdafiə Nazirliyi

Azərbaycan Ordusu dinc əhaliyə və mülki infrastruktura atəş açmır

Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir. Düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymağa davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirib.

“Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır”, - deyə məlumatda qeyd olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.