Müdafiə Nazirliyi
Ermənistan tərəfi yeni ssenarilər əsasında yazdığı nağıllara daxili auditoriyasını inandırmağa çalışır
Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də yalan, şişirdilmiş ssenarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.