09
Noyabr

9 Noyabr

Diplomatik təmaslar

Latviya Respublikasının sabiq Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident Əliyev,

Şuşa şəhərinin azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Ümidvaram ki, tezliklə Qarabağın bütün ərazisi işğaldan azad olunacaqdır.

Hörmətlə,

Vayra Vike-Freyberqa

1999-2007-ci illərdə Latviyanın Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.

İmants Freyberqs"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.