Cəbhə xəbərləri
Düşmən ordumuzun mövqelərini atəşə tutmaqda davam edir
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir.
Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.