Cəbhə xəbərləri
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir
Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməkdə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidməti ordumuzun artilleriya bölmələrinin düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən görüntüləri təqdim edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.