Cəbhə xəbərləri
Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı (PUA) vurulub.
Düşmən PUA-sı oktyabrın 21-də saat 12.00 radələrində Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.