20
Oktyabr

20 Oktyabr

Cəbhə xəbərləri

Gəncə istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı məhv edilib

Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Beləliklə, ötən günlərdə olduğu kimi, döyüşlərdə ordumuz tərəfindən sarsıdıcı zərbələr alaraq geri oturdulan düşmən xislətinə sadiq qalaraq yenə də yaşayış məntəqələrimizi hədəfə almağa cəhd göstərir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.