İnformasiya müharibəsi
İrəvanın Ordumuzun guya mülki əhalini atəşə tutması ilə bağlı növbəti yalanı
Müdafiə Naziriyi növbəti dəfə İrəvanın yalan məlumat yaymasını ifşa edib. Bununla bağlı nazirliyin yaydığı məlumatda deyilir ki, Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Qeyd olunub ki, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.