İnformasiya müharibəsi
Ermənilər bu dəfə Tarkanı “öldürdü”
Döyüşlərdə ciddi itkilər verən və panikaya düşən Ermənistan tərəfi çıxış yolunu informasiya məkanında təxribatlarda gördü. Erməni mətbuatı türkiyəli məşhurların hərbi formada olan fotolarını yayaraq onları Azərbaycanın "şəhidləri" kimi təqdim edirlər.
Bundan əvvəl, Ermənistanın ictimai radiosu tanınmış müğənni Sərdar Ortac və məşhur türkiyəli fenomen aşpaz Burak Özdemiri də Azərbaycan hərbçiləri kimi göstərərək, onların guya "şəhid" olduğunu bildirdi.
Ermənilər bu dəfə Türkiyənin məşhur pop ulduzu Tarkanın fotosunu yayaraq, onun "öldürüldüyünü" yazıblar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.