İnformasiya müharibəsi
“Amerikanın səsi” feyk xəbərinə görə üzr istədi
Azərbaycan Ordusu əks-hücum əməliyyatları başlayandan sonra ölkəmizə qarşı bir çox feyk xəbərlərin, sosial şəbəkələrdə dezinformasiyaların şahidi oluruq.
Belə saxta məlumatlardan biri də "Amerikanın səsi" radiostansiyasının rəsmi "Facebook" səhifəsində paylaşılıb. Belə ki, "Amerikanın səsi" Gəncədə Ermənistan ordusunun raket hücumu zamanı dağılmış ərazidən çəkilən fotonu yayaraq, görüntünün Qarabağdakı ermənilərin yaşayış məntəqəsində lentə alındığını iddia edib.
Oxucuların və sosial şəbəkə istifadəçilərinin ciddi etirazından sonra "Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.