13
Oktyabr

13 Oktyabr

Müdafiə Nazirliyi

İşğaldan azad olunan Hadrut qəsəbəsinin videogörüntüləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntülərini yayıb. Xatırladaq ki, Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.