13
Oktyabr

13 Oktyabr

İnformasiya müharibəsi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və “Instagram” hesabı açılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və “Instagram” hesabı açılıb.

Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Teleqram” kanalı və “Instagram” hesabı bu linklərdədir: https://t.me/Azerbaijan_MOD, https://www.instagram.com/azerbaijan_mod.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.