12
Oktyabr

12 Oktyabr

Cəbhə xəbərləri

Düşmənin 3 pilotsuz uçuş aparatı məhv edilib

Oktyabrın 12-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 pilotsuz uçuş aparatı (PUA) vurulub.

Oktyabrın 12-də saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində düşmənin daha bir PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.