Günahsız qurbanlar
Gəncədə həlak olanlardan biri məktəblidir
Ötən gecə Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutmasına nəticəsinə daha bir məktəbli həlak olub.
15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.