01
Dekabr

Xarici İşlər Nazirliyi

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin telefon danışığı olub

1 dekabr 2020-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mövlud Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.