17
Oktyabr

17 Oktyabr

Beynəlxalq təşkilatlar

Avropa İttifaqı Gəncə şəhərinə mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib

Avropa İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib.

Avropa İttifaqının bununla bağlı açıqlamasında hər hansı tərəfin mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoymalı olduğu bildirilir.

Qeyd olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasına hörmət edilməlidir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.