16
Oktyabr

16 Oktyabr

Günahsız qurbanlar

Düşmən 3 şagirdi qətlə yetirib, 15-i yaralanıb

Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 40-a qədər məktəbə ziyan dəyib. bir neçə məktəb raket atəşinə məruz qalıb.

1221 təhsil müəssisəsi bu səbəbdən fəaliyyətini distant təhsilə keçirib.

Ermənistan təcavüzü nəticəsində 3 şagird vəfat edib, 15 şagird yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.