Günahsız qurbanlar
Tərtər qəbiristanlığında həlak olanların sayı artdı
Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Hadisə zamanı yaralananlardan biri - 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu vəfat edib.
Yaralılar
Məmmədov Füzuli Əli oğlu (1966)
Əmirov Nofəl Yelmar oğlu (1968)
Allahverdiyev Elsevər Vəli oğlu (1979)
Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)
Həlak olanlar:
Əmirov İskəndər Yelmar oğlu (1967)
Rüstəmov Vasif Bahadur oğlu (1960)
Orucov Pərviz Novruz oğlu (1989)
Zamanov Şakir Xasay oğlu (1988)
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.