15
Oktyabr

15 Oktyabr

Günahsız qurbanlar

43 mülki şəxs qətlə yetirilib, 218 nəfər yaralanıb

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayılıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.