13
Oktyabr

13 Oktyabr

İnformasiya müharibəsi

Ermənilərin "xeyli yaralı uşaq" var dezinformasiyası

Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmenti fəal şəkildə dezinformasiyalar yaymaqla məşğul olur. Bu dəfə düşmən iddia edir ki, guya Azərbaycan mülki şəxslərə atəş açır. Hətta bununla bağlı paylaşılan foto sonradan ifşa edildi. Ermənilər dünya ictimaiyyətini inandırmağa çalışır ki, işğal etdikləri Dağlıq Qarabağda guya "xeyli yaralı uşaq" var və s.

Qarşı tərəfin əsasən "Facebook" qruplarında yaydığı şəkillər əslində Suriyada gedən döyüşlərdə çəkilmişdi və kadrlardakı uşaqların Ermənistana heç bir aidiyyəti yox idi.

Google-da "geri axtarış" isə çox asanlıqla bu faktı təsdiqləyən minlərlə sayt tapır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.