15
Oktyabr

15 Oktyabr

Xarici ölkələr

Türkiyə XİN: Dinc əhaliyə hücumlar Ermənistanın insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan üzüdür

Ermənistanın Azərbaycanda mülki yaşayış yerlərinə davam edən hücumlarını şiddətlə qınayırıq. Ermənistanın bu gün Tərtərə hücumu nəticəsində bir məzarlıqda təşkil olunan cənazə mərasimindəki dinc insanlardan üç nəfər ölüb, beş nəfər yaralanıb.

Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin qanlı hadisə ilə bağlı yaydığı açıqlamada əksini tapıb.

Açıqlamada bildirilir ki, Ermənistan əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün oktyabrın 10-da elan edilən atəşkəsi heçə saymaqda davam edir. İnsanlıqdan xəbəri olmayanlar azərbaycanlı qardaşlarımızın cəsədləri dəfn etməsinə izn verməməkdədirlər.

Bu son hücum Ermənistanın insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan üzünü bütün dünyaya bir daha göstərdi.

Türkiyə Can Azərbaycanın qəhrəman xalqı ilə tam şəkildə həmrəydir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.