Törədilən cinayətlər
Düşmən kəndlərimizi atəşə tutur
Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 11-də saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib.
Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Füzuli rayonlarının kəndlərini də atəşə tutur.