12
Oktyabr

12 Oktyabr

Günahsız qurbanlar

Ermənistanın təxribatları: 41 nəfər həlak olub, 207 yaralı

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 41 nəfər həlak olub, 207 nəfər isə xəsarət alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.