12
Oktyabr

12 Oktyabr

Günahsız qurbanlar

Gəncədə həlak olanların adları açıqlanıb

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixində gecə saat 2 radələrində Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində həlak olanların adları məlum olub.

Həlak olanların siyahısı:

Ələsgərov Ceyhun Camal oğlu (1958)

Ələsgərova Təranə Paşa qızı (1965)

Ələsgərov Ülvi Ceyhun oğlu (1990)

Cəfərova Dürrə Hilal qızı (1967)

Əliyeva Afaq Əziz qızı (1957)

Bağırov Ramiz Yusif oğlu (1958)

Əliyev Adil Həmzə oğlu (1992)

Əlizadə Anar Asif oğlu (1982)

Əlizadə Nurçin Emin qızı (1987)

Bir daha xatırladaq ki, 11 oktyabrda Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.