Sosial media
Prezidentin xalqa növbəti tarixi müraciəti
44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa tarixi müraciəti isə vətəndaşlarımız tərəfindən böyük sevinc və maraqla qarşılandı. Müraciətdə hər cümlə özü özlüyündə tarix idi! Hər kəs sosial şəbəkələrdə dövlətimizin başçısının məlum fikirlərini, müraciətini paylaşır, insanlar 10 noyabrı növbəti tarixi gün kimi qeyd edirdilər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.