08
Noyabr

8 Noyabr

Sosial media

Qəhrəman Azərbaycan Ordusu, strateji əhəmiyyətli Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik!

Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Tvitter" hesabındakı paylaşımında yer alıb.

“Azərbaycan türkü qardaşımız 28 il sonra Şuşadakı məşhur Xarı Bülbül çiçəyinin açmasını izləyəcək, ətrindən doyacaqlar. Necə xoşbəxtdir onlar!”, – deyə paylaşımda bildirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.