Hərbi qənimətlər
Düşmənin atıb qaçdığı hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənir
Döyüş əməliyyatları zamanı düşmənin atıb qaçdığı hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.