11
Yanvar

Xarici ölkələr

Azərbaycan ilə Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Aviasiya marşalı M.A.Xan, öz növbəsində, Pakistan Hərbi Hava Qüvvələrinin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsindən məmnunluğunu bildirərək bu fəaliyyətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.