08
Oktyabr

8 Oktyabr

Diplomatik təmaslar

BMT-nin sabiq Baş katibinin xanımı Prezident İlham Əliyevə məktub ünvanlayıb

BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram.

O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi.

Hörmətlə,

Leya Mariya Butros-Qali,

BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımı"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.