08
Noyabr

8 Noyabr

Sosial media

“Bayraktar” PUA-sının yaradıcısı Şuşa ilə bağlı paylaşım etdi

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirib.

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı özünün feysbukdakı səhifəsində Şuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edərək 28 illik həsrətin başa çatdığını vurğulayıb.

“Şükürlər olsun 28 illik həsrəti ana Vətənə qovuşduran Rəbbimizə”, - Səlcuq Bayraqdar feysbukdakı səhifəsində yazıb.



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.