09
Oktyabr

9 Oktyabr

Əhaliyə dəyən ziyan

Düşmənin atdığı mərmilər Ağdamda evləri yandırdı

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Ağdam rayonunda vətəndaşlara məxsus 3 fərdi yaşayış evi və təsərrüfat obyektində yanğına səbəb olub. Hadisə baş vermiş ərazilərə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınların qarşısı alınaraq yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.

Tərtər rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.