08
Oktyabr

8 Oktyabr

Günahsız qurbanlar

Ermənilər daha iki mülki şəxsi yaraladı

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

08.10.2020-ci il tarixdə saat 08 radələrində Böyükbəyli kənd sakinləri - 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, o cümlədən kənd ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.