05
Oktyabr

5 Oktyabr

Günahsız qurbanlar

Ermənilər 3 uşağı qətlə yetirib, 7 azyaşlı yaralanıb

Sentyabrın 27-dən bu günədək ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində həlak olanlardan 3-ü uşaqdır.

Sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır. Xəsarət alan 121 nəfərin 30-u qadın, 7-si isə uşaqdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.